AZ

Təhlükəsizlik tədbirləri ilə əlaqədar bağlanan Köln-Bonn hava limanı yenidən açılıb

Berlin, 13 fevral, AZƏRTAC

Təhlükəsizlik tədbirlərinə görə səhər saatlarında bağlanan Almaniyanın Köln-Bonn hava limanı yenidən açılıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, təxminən iki saat yarım müddətində aeroportda uçuşların həyata keçirilməsi mümkün olmayıb.

Federal Polisin DPA agentliyinə verdiyi məlumatda təhlükəsizlik tədbirlərinin artıq başa çatdığı, sərnişinlərin yenidən nəzarətdən keçirildiyi və uçuşlara buraxıldığı bildirilib.

Qeyd edək ki, aeroportun iki terminalı təhlükəsizlik sahələrinin yoxlanılması məqsədilə bağlanıb. İlkin məlumata əsasən, rentgen nəzarətində şübhəli olduğu ehtimal edilən bir çanta əlavə yoxlama aparılmadan sahibinə qaytarılıb. Hadisənin bir gün əvvəl tətbiq edilən yeni təhlükəsizlik texnologiyası ilə əlaqəli olub-olmadığı araşdırılır.

Tədbirlərlə əlaqədar 10-dan çox reys gecikib. 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
17
1
azertag.az

2Mənbələr