“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.
Fevralın 11-də Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən marafonun bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Layihənin əsas məqsədi pərakəndə satış sahəsinin innovativ inkişafına töhfə vermək, Azərbaycanın startap və innovasiya ekosistemini dəstəkləmək, eyni zamanda, “OBA”nın daxili biznes ehtiyaclarını qarşılayacaq innovativ həllərin formalaşdırılması olub. Marafonun ilk mövzusu Müştəri Məmnuniyyəti olaraq müəyyən edilib. Marafonun hazırlıq mərhələsində ölkənin aparıcı 6 universitetində infosessiyalar keçirilib, 185 müraciət qəbul edilib və 6 həftəlik inkişaf yolu təşkil olunub və bu görüşlərdə 500-dən çox tələbə iştirak edib. Paralel olaraq OBA-nın müxtəlif struktur bölmələrindən olan 14 əməkdaş mentor kimi prosesə cəlb olunub. Marafona ümumilikdə 185 müraciət daxil olub. Müraciət edən komandaların 57 faizi ideya mərhələsində, 46 faizi sərbəst mövzu üzrə, 19 faizi isə xanım “founder”lərdən ibarət olub. Seçim mərhələsindən sonra 33 komanda əsas mərhələdə iştirak edib. Altı həftəlik proqram çərçivəsində komandalar ideya generasiyası, süni zəka alətləri, dizaynyönümlü düşüncə, “pitchdeck” hazırlanması və MVP-nin (Minimum İşlək Məhsul) təkmilləşdirilməsi üzrə təlimlər keçiblər. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.
Natəvan İbrahimova: “Bu, sadəcə müsabiqə deyil”
Bağlanış tədbirində çıxış edən “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, OBA “İnnovativ Həllər Marafonu” ilə pərakəndə sektorda startap yönümlü ilk açıq innovasiya platformasını yaradıb. O deyib: “Bu layihə bizim üçün sadəcə müsabiqə deyil. Məqsədimiz yalnız ideyaları dinləmək deyil, onları real biznes proseslərinə inteqrasiya etməkdir. Biz həm öz biznesimizi, həm ölkəmizi, həm də gələcək tərəfdaş və istehsalçıları yeni bizneslərin yaradılmasına təşviq etmək istəyirik”. Marafonun gənc startapçıların ideyalarını praktik dəyərə çevirməyə və tətbiq mərhələsinə keçidini təmin etməyə xidmət etdiyini deyən N.İbrahimova vurğulayıb: “İnanırıq ki, bu kimi təşəbbüslər ölkədə istedad axınının yerli iqtisadiyyata yönəlməsinə, yeni bizneslərin və iş yerlərinin yaranmasına töhfə verəcək. Ölkəmizin iqtisadiyyatının gələcəyi böyük bizneslərlə bərabər böyük xəyalları, ideyaları olan gənclərdədir”.
Aydın Talıbov: “Azərbaycanlı mütəxəssislərin potensialı düşündüyümüzdən böyükdür”