AZ

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU nun elmi tədqiqat və sosial mühiti ilə tanışlığı yekunlaşıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin universitetin elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı yekunlaşıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bir neçə gün davam edən maarifləndirici və praktik yönümlü proqram çərçivəsində şagirdlər Fizika, Kimya, Biologiya fakültələrinin müasir avadanlıqla təchiz olunmuş laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, təhlükəsizlik qaydaları barədə məlumat alıb, BDU əməkdaşlarının rəhbərliyi ilə müxtəlif praktik təcrübələrdə iştirak ediblər. Fizika qanunlarının təcrübədə müşahidə olunması, kimyəvi reaksiyaların aparılması, biologiya sahəsində mikroskop vasitəsilə tədqiqatların həyata keçirilməsi onların elmə marağını daha da artırıb. Şagirdlərə laboratoriya avadanlığının iş prinsipi, elmi araşdırmaların mərhələləri və müasir elmin inkişaf istiqamətləri barədə də ətraflı məlumat təqdim olunub.

Şagirdlər həmçinin BDU-nun Heydər Əliyev muzeyində, Təkamül muzeyində, Faydalı qazıntılar muzeyində, “EKO Məkan”da olub, şəhid məzunların xatirə lövhəsini ziyarət ediblər.

Bu cür layihələr orta və ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə, şagirdlərin elmə marağının artırılmasına və gələcək tədqiqatçı nəslin formalaşmasına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
azertag.az

1Mənbələr