
“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması bütün Cənubi Qafqaz üçün transformasiya qapılarını açır”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanın "Netgazeti" qəzetinə verdiyi məlumatda deyilir.
Bildirilib ki, Gürcüstan həm bu müqavilənin potensial sabitliyinə və çiçəklənməsinə töhfə verə, həm də ondan əhəmiyyətli dərəcədə faydalana bilər.
"Biz ikitərəfli münasibətlərimiz və ölkədəki siyasi vəziyyətlə bağlı məsələlərdə Gürcüstan hökuməti ilə əlaqə saxlamağa davam edəcəyik. Biz həmçinin Gürcüstan hökumətinin ölkələrimiz arasında münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsinə sadiqliyini nümayiş etdirmək üçün ata biləcəyi konkret addımları da müzakirə edirik", - deyə vurğulanıb.
Qeyd olunub ki, ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa sadiqdir.
Daşqın HəsənovMissiya.Az