AZ

Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

© APA

Milli Məclis raritet avtomobil idxalı qanunuraritet avtomobillər üçün vergi güzəştinadir avtomobillərin idxalı ƏDV azadolmasınadir avtomobillərin idxalı aksiz azadolmasınadir avtomobillərin idxalı gömrük rüsumu güzəştiklassik avtomobil idxalı Azərbaycanraritet avtonəqliyyat vasitələri idxal qaydaları40 ildən çox avtomobil idxalı güzəştləriantik avtomobillərin idxalı qanunvericiliyiklassik avtomobil kolleksiya idxalıretro avtomobil idxalı vergi güzəştiraritet avtomobil idxalı şərtləriklassik avtomobil bazarı Azərbaycanantik avtomobil kolleksiya bazarıretro avtomobil idxal prosedurlarıraritet avtomobil idxalı məhdudiyyətləriklassik avtomobil idxal xərclərinin azalmasıantik avtomobillərin ölkəyə gətirilməsiraritet avtomobil idxalı icazə sənədiklassik avtomobil idxalı kvotalarıretro avtomobil
Seçilən
13
40
marja.az

10Mənbələr