AZ

Ukrayna Rusiyanın hücumları ilə bağlı məlumatları Patriot istehsalçılarına ötürür

Ukrayna Amerikanın Patriot sisteminin istehsalçılarına Rusiyanın hücumları ilə bağlı məlumatları paylaşır. Məqsəd bu sistemlərin istifadə etdiyi PAC-3 raketlərini təkmilləşdirməkdir. Çünki, Rusiya ballistik və qanadlı raketlərin trayektoriyalarını dəyişdirir, bununla da Ukrayna hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün “boş” atışlardan istifadə edir.

Herbiand.az xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev Business Insider-ə verdiyi müsahibədə bildirib.

O, bu hərəkətləri “texnologiya yarışı” kimi təsvir edib: “Ukrayna və Rusiya həm döyüş meydanında, həm də ondan kənarda həlledici üstünlük qazanmağa çalışırlar”.

Ukraynanın MIM-104 Patriot batareyaları Rusiyanın ballistik raketlərinə qarşı ən təsirli müdafiə olaraq qalır. Lakin onların sayı hələ də kifayət deyil və hər bir PAC-3 raketinin qiyməti 3,7 milyon dollardır.

Çernevin sözlərinə görə, Rusiya həmçinin Ukrayna batareyalarını tükəndirmək üçün dronlardan və “boş” raketlərdən istifadə edir. “İskəndər” və “Kinjal” kimi son dərəcə manevr edilə bilən sistemlər isə ələ keçirməni çətinləşdirir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
133
herbiand.az

1Mənbələr