AZ

İtaliyalı biatlonçu günahsız olduğunu sübuta yetirərək Qış Olimpiya Oyunlarına qatılıb

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İtaliyalı biatlonçu Rebeka Passler müsbət dopinq testi səbəbindən müvəqqəti olaraq uzaqlaşdırılmış və 2026-cı il Olimpiadası ərəfəsində İtaliya millisinin heyətindən çıxarılmışdı. Lakin o, cəzanı uğurla mübahisələndirə bilib.

İdman.Biz xəbər verir ki, bu barədə İtaliya Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

24 yaşlı idmançı yanvarın 26-da verdiyi dopinq nümunəsində letrozol maddəsinin aşkar olunmasından sonra yarışlardan müvəqqəti kənarlaşdırılmışdı.

Passler qərardan arbitraj məhkəməsinə şikayət edib. Arbitraj orqanı biatlonçunun qadağan olunmuş preparatı qeyri-ixtiyari qəbul etdiyi qənaətinə gələrək onun tərəfini saxlayıb. Rebeka Passler fevralın 16-da Olimpiadada iştirak etmək üçün İtaliya yığmasına qoşulacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
1
icma.az

2Mənbələr