AZ

Əsgərlikdən yayınanlar CƏRİMƏ ödəyəcək? – AÇIQLAMA

Ermənistan parlamenti hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq edib.
Bu dəyişikliyə əsasən, 27 yaşına çatan və bu vaxta kimi hərbi xidmət keçməkdən yayınmış şəxslər müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən yayınmaq imkanına malikdirlər.
Onlara 5 seçim təklif olunacaq:
- 2 il xidmət etmək;
- 1 il xidmət etmək və 2,5 milyon dram (6 200 dollar) ödəmək;
- 6 ay xidmət etmək və 5 milyon dram (12 400 dollar) ödəmək ;
- 1 ay xidmət etmək və 10 milyon dram (24 800 dollar) ödəmək;
- Ümumiyyətlə hərbi xidmət etməmək və 15 milyon dram (39 400 dollar) ödəmək.
Qeyd edək ki, alternativ hərbi xidmət qonşu Türkiyədə də tətbiq olunur və hazırda bu növ həbi xidmətlə bağlı ödənişin məbləği 333.089,04 TL təşkil edir. Burada 20 yaşı tamam olmuş vətəndaşlar 28 gün müddətində hərbi xidmət keçirlər.
Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, analoji dəyişikliyin Azərbaycanda tətbiqi üçün hələ tezdir. Musavat.com-a danışan ekspert bildirib ki, hazırkı 1 il, 6 aylıq hərbi xidmət dövrü effektiv deyil:
“Bu, dövlətin büdcəsinə əlavə yükdür. Artıq müharibə bitdiyi üçün hazırkı dövrdə əsgər üçün 1 il, 6 ay hərbi xidmətdə olmaq effektiv deyil. Hərbi sahədə komplektləşdirməyə ehtiyac var. Azərbaycanın sərhədləri böyükdür. Regionda vəziyyət gərgindir. Buna görə də Azərbaycanın anoloji dəyişikliyi tətbiq etməyəcəyini düşünürəm və indiki mərhələdə bu, doğru olmaz”.
Azərbaycanın peşəkar ordu modelinə keçməsinə gəlincə, ekspert hesab edir ki, bu da doğru yanaşma deyil:
“Avropa ölkələri peşəkar ordu modelinə keçid etdilər, lakin indi etiraf edirlər ki, bu, effekt vermədi. Çünki onlar Rusiyanın Ukraynada apardığı müharibənin nəticələrini hesablayarkən gördülər ki, çağırışçılarla formalaşan ordu daha effektiv ordudur. Buna görə də hesab edirəm ki, indiki mərhələdə Azərbaycan xidmətin müddətini azalda - 1 ilə endirə bilər, amma bunun ödənişli əsaslarla həyata keçirilməsi effekt verməyəcək”.

Seçilən
138
1
onn.az

2Mənbələr