AZ

“Çox əziyyət çəkirəm...” Şeyx Əbdül səhhətindən gileyləndi

Adelet.az saytına istinadən ain.az xəbər verir.

Bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Adalet.az-ın əməkdaşına danışıb. 

O, bildirib ki, hazırda xəstəxanadan evə buraxılıb və müalicələri davam edir:

“Ağır xəstəliklərlə mübarizə aparıram. Üç-dörd xəstəlib bir-birinə qarışıb. Xəstəxanadan evə buraxılmışam, amma müalicələrim davam edir. Bronxlarımda, mədəmdə, sağ ayağım və qolumda problem var və çətin hərəkət edirəm. Bir sözlə, aləm bir-birinə qarışıb. Çox əziyyət çəkirəm”.

Şeyx Əbdül Heydər Əliyev Fondunun dəstəyi ilə “Medera” klinikasında müalicə olunduğunu bildirib. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
adalet.az

2Mənbələr