AZ

Şəmkirdə yaslarda ağsaqqal sözü keçərli olacaq? - Bələdiyyədən açıqlama

Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qəbul olunub. 

Rayonda ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. Şəmkir Rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərində sadəliyin qorunması tapşırılıb. 

Məlumata görə, dəfn günü hüzür yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir. Həmçinin 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli, mərhumun yalnız 3-ü keçirilməlidir. 

Həmin gün də limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur. Eyni zamanda, adna mərasimlərinin (cümə axşamları) ləğv olunması istənilir.

"Cebheinfo.az"-a Şəmkir Rayon Bələdiyyəsindən bildirilib ki, rayon ərazisində hal-hazırda bütün yas mərasimi qaydalarına əməl olunur. 

Rayon ərazisində indiy kimi yas mərasimlərində dəfn günü, 3, 7 və 40 günləri keçirilib. 3 mərasimi, 7 mərasimi və 40 mərasimlərində yalnız çay süfrələri təşkil olunub.

Qeyd olunub ki, Şəmkir Rayon Ağsaqqallar Şurasının yas mərasimləri ilə bağlı yeni müraciəti isə lazımı şəkildə tətbiq olunacaq. 

Seçilən
6
8
cebheinfo.az

10Mənbələr