AZ

Xəzərdən İLGİNC GÖRÜNTÜLƏR - FOTOLAR

Son dövrlərdə Xəzər dənizində su səviyyəsinin azalması gəmiçiliyə ciddi təsir göstərib.

Ekologiya.az xəbər verir ki, dənizdə suyun çəkilməsi nəticəsində bəzi istiqamətlərdə gəmilərin hərəkəti məhdudlaşıb. Kiçik ölçülü gəmilər, yaxtalar belə hərəkət edə bilmir.

Ekologiya.az bildirir ki, Musavat.com-un əməkdaşının çəkdiyi fotolardan da bəlli olur ki, suyun səviyyəsinin azalması xüsusilə dayaz sahələrdə daha qabarıq hiss olunur.

gemiii

Ekspertlər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, yaxın illərdə Xəzərdə suyun daha da çəkilməsi mümkündür. Bu isə region ölkələrinin birgə tədbirlər görməsini, su ehtiyatlarının idarə olunması və ekoloji tarazlığın qorunması istiqamətində koordinasiyalı addımlar atılmasını zəruri edir.

Qeyd edək ki, Xəzərdə su səviyyəsinin dəyişməsi tarixən də müşahidə olunub. Lakin hazırkı azalma tempi daha sürətli xarakter daşıyır və həm ekoloji, həm də iqtisadi baxımdan ciddi çağırışlar yaradır. Musavat.com

gemiii


Seçilən
16
ekologiya.az

1Mənbələr