AZ

Bələdiyyə torpaqlarında olan evlərə çıxarış almaq mümkündür?

Hazırda ölkəmizin problemili məsələlərində biri də bələdiyyə torpaqlarında tikilən evlərə çıxarış alma məsələsidir.

News365.az xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev bu məsələni çətinləşdirən səbəblərdən və həlli yolundan danışıb:

"Bələdiyyə sənədli torpaq alanda diqqətli olmaq lazımdır. Təbii ki alıcıya bütün sənədlərin qaydasında olduğu deyilir. Lakin alqı-satqı müqaviləsinin ən aşağısında qərarın Torpaq və Xəritə Çəkmə komitəsi tərəfindən təsdiq edildiyini göstərən hissə boş saxlanılır. Bütün sənədləşmə problemlərinin əsas səbəbi də budur. Məhz buna görə, Əmlak Məsələləri Dövlət Xidməti bu tip sənədləri geri qaytarır və aydın şəkildə səbəbi göstərir. Amma bu torpaqlara çıxarış almağın başqa bir yolu da var. Əgər vətəndaşın qonşuları eyni şəkildə aldıqları torpaqlara çıxarış alıbsa, bu halda vətəndaş məhkəməyə müraciət edərək torpağını sənədləşdirə bilər. Təbii ki, burda bir sıra faktorlara fikir verilir. Əgər hər şey uyğun gəlsə, vətəndaş bələdiyyədən aldığı torpağı sənədləşdirə bilər".


Seçilən
31
news365.az

1Mənbələr