AZ

“Xalqa erotik əsərlər də lazımdır” - Şərqşünas-alim

Mərhum şərqşünas-alim Şahin Fazilin "İran səyahətnamələri"ndə maraqlı xatirələrdən biri 2004-cü ildə qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, İslam Respublikasına sayca 9-cu səfərinə dair o yazıb:

"Muzeydən çıxıb Fars dili və Ədəbiyyatının məşhur Mərkəzinə gəldik. Bu gün İrana bizdən bir neçə gün gec gəlmiş cənab Botlas (İsveç) və cənab Pol Şpraxman (ABŞ) məruzə etməlidirlər. Elə də oldu.

Cənab Botlasla işim yoxdur, amma P.Şpraxman məruzəsini bitirən kimi ona sual verdim:

- Mən tarix doktoru olmağıma baxmayaraq, şeiri də çox sevirəm. Dostumuz ağaye Məhəmmədxani sizi bizə təqdim edəndə dedi ki, cənab Şiraxman bir neçə əsəri, o cümlədən məşhur İran şairi İrəc Mirzənin "Arifnamə" poemasını ingilis dilinə tərcümə edib. Soruşuram: Niyə bəs "Arifnamə"ni? Məgər İrəc Mirzənin başqa dillərə çevrilməsinə layiq əsərləri azdırmı? "Arifnamə" isə başdan-ayağa erotika ilə dolu olan poemadır.

P.Şpraxmanın cavabı müxtəsər oldu:

- Xalqa erotik əsərlər də lazımdır. İrəc Mirzə isə bu sahədə professional bir şair olubr. Nə olsun ki? Qoy ingilisdilli oxucuların Şərq erotikasından da məlumatları olsun.

Cavab məni və başqa azərbaycanlıları qane etmədi".


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr