AZ

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşıma xidmətində məmnuniyyət səviyyəsinin artdığını açıqlayıb.

Qurumdan Publika.az-a verilən məlumata görə, müstəqil sorğu şirkəti ilə əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri ADY-nin sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldiyini göstərir.

Rəsmi məlumata görə, aparılmış sorğular zamanı yüksək məmnuniyyət göstəriciləri qeydə alınıb. Belə ki, əyani sorğularda məmnuniyyət səviyyəsi 84,3%, rəqəmsal sorğularda 78,8%, korporativ müştərilər arasında keçirilmiş sorğuda isə 100% təşkil edib.

Seçilən
93
8
publika.az

9Mənbələr