AZ

Qalmaqalı ört-basdır etmək üçün anasından borc alıbmış

Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə şahzadə Enrü Mountbatten-Vindzora Cefri Epştein qurbanı Virciniya Qiufreyə “susma payı”nı ödəmək üçün kraliça Elizabetdən 7 milyon funt sterlinq borc alıb.

Hafta.az xəbər verir ki, bu iddianı "The Sun" qəzeti irəli sürüb.

Nəşrin yazdığına əsasən, kraliçanın ortancıl oğlu Enrü o zaman yetkinlik yaşına çatmamış Qiufrenin gələcəkdə üzələşə biləcəyi şikayətlərinin qarşısını alma istəyib.

Şahzadə kral ailəsindən 12 milyon funt sterlinq borc alıb. Bu məbləğin 7 milyonu kraliça Elizabetdən, 3 milyonu mərhum şahzadə Filipin mülklərindən, 1,5 milyonu isə indiki kral III Çarlzdan götürülüb.

Saray mənbələrinə görə, təxminən 4 il əvvəl alınan borc hələ qaytarılmayıb. Endrü İsveçrədəki evini sataraq borcunu ödəmək istəyib, lakin evin dəyəri kifayət etməyib.

Bukinqem Sarayından olan mənbə bildirib ki, Endrü Epştein ilə əlaqəsinin miqyasını ailəsindən gizlədib. Qiuffreyə pul ödənib və bu yolla problem həll olunub. 

Seçilən
6
1
hafta.az

2Mənbələr