AZ

QOVULACAQ... AMEA dan Mehdiyevlə bağlı AÇIQLAMA

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric ediləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Məlumata qütd edilib ki, AMEA rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib: “Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.

Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir”.

Xatırladaq ki, R.Mehdiyev 2019-2022-ci illərdə AMEA-ya rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
46
azpolitika.info

10Mənbələr