AZ

DTX-nın tutduğu sabiq icra başçısı ilə bağlı yeni qərar verildi...



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı icra başçısı Musa Şəkiliyevin barəsindəki həbs qətimkan tədbiri uzadılıb.

Bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

Xatırladaq ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ZÜMRÜD

Seçilən
11
49
baki-xeber.com

10Mənbələr