AZ

Təyyarənin təkəri yerindən çıxdı - Təyyarənin qanadı zədələndi

Antalyada hava limanında qalxışa hazırlaşan "SunExpress" aviaşirkətinə məxsus təyyarənin təkərinin yerindən çıxması nəticəsində təyyarənin qanad hissəsi zədələnib.

“Yeni Sabah” xəbər verir ki, əraziyə dərhal hava limanının xilasetmə və yanğınsöndürmə (ARFF) qrupları cəlb olunub. Təyyarədə olan sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Şirkətin yaydığı məlumata görə, XQ7646 nömrəli Antalya-Qaziantep reysi başqa bir təyyarə ilə həyata keçiriləcək. Təyyarə isə texniki baxış və araşdırma üçün dayanacağa çəkilib.


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr