AZ

Ata Abdullayev azadlığa buraxıldı - DETALLAR

Həbsdə olan bloqer Ata Abdullayev azadlığa çıxıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində Ata Abdullayevin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı təqdimata baxılıb.
Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçən prosesdə təqdimat təmin edilib və şərti olaraq cəzasının qalan hissəsindən azad edilib.
Ata Abdullayevi cinayət məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, bu barədə ilk məlumatı Baku.es saytı yayıb.

Seçilən
26
yenilik.az

1Mənbələr