AZ

Yüksək Liqa: UNEC "Murov Az Terminal"ı üstələdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib.

Fanat.Az xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan UNEC kollektivi 3:1 hesablı qələbə qazanıb.

Görüş UNEC-in idman zalında baş tutub.

Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Seçilən
92
fanat.az

1Mənbələr