AZ

Qalatasaray ın qol kralı müqavilə imzalamağı rədd etdi: Komandadan ayrılacaq

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray"ın 19 yaşadək futbolçulardan ibarət komandasının hücumçusu Çağrı Hakan Balta ilə bağlı diqqətəlayiq bir hadisə baş verib. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, iddia olunur ki, gənc futbolçu klubun peşəkar müqavilə təklifini rədd edib. Həmçinin iddia olunur ki, Çağrı Hakan Balta 18 yaşında "Qalatasaray"dan ayrılacaq.

90+ rəqəmsal YouTube kanalında çıxış edən Yakup Çinar, 15 may 2008-ci il təvəllüdlü Çağrı Hakan Baltanın 18 yaşında “Qalatasaray”dan ayrılacağını iddia edib. Çınar deyib: "Qalatasaray ona peşəkar müqavilə təklif edib. O, müqaviləni qəbul etməyib".

“Qalatasaray”ın keçmiş oyunçusu Hakan Baltanın oğlu Çağrı Hakan Balta keçən mövsüm 22 qolla U19 Liqasında ən çox qol vuran gənc hücumçu bu mövsüm 21 oyunda 5 qol vurub. Türkiyə Kuboku oyununda “Fethiyespor” ilə görüşdə heyətdən kənarlaşdırılması da diqqət çəkib.

İddialara görə, "Qalatasaray"da kifayət qədər oyun vaxtı ala bilməyəcəyinə inanan Balta, karyerasını davam etdirə biləcəyi bir komandaya keçmək istəyir. Bildirilir ki, Avropadan bəzi klublar gənc futbolçunu izləyir. Məsələ ilə bağlı "Qalatasaray"dan heç bir rəsmi açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
2
lent.az

3Mənbələr