AZ

Dünyanın dəyişən nizamı Azərbaycan və Xorvatiya üçün yeni imkanlar açır – Xorvatiyanın müdafiə naziri

Münxen. Trend:

Dünya nizamının transformasiyası Azərbaycan və Xorvatiya kimiölkələr üçün yeni imkanlar açır.

Trend xəbərverir ki, bunu Xorvatiya Baş nazirinin müavini, müdafiə naziri İvanAnuşiç Münxen Təhlükəsizlik Konfransının çərçivəsində jurnalistlərəaçıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət, Ukraynadakımünaqişə, Yaxın Şərqdəki gərginlik və transatlantik münasibətlərindəyişən xarakteri dövlətlərdən öz müdafiə qabiliyyətlərini gözdənkeçirmələrini və möhkəmləndirmələrini tələb edir.

"Dünya təhlükəsizlik problemləri ilə üzləşir, xüsusilə Avropa vəCənubi-Şərqi Avropa. Xorvatiya isə burada yerləşir. İndi bizmüdafiə sistemimizi necə yaxşılaşdıracağımızı, potensialımızı necəartıracağımızı və silahlı qüvvələrimizi necə gücləndirəcəyimizimüzakirə edirik", – deyə Anuşiç bildirib.

Nazir vurğulayıb ki, Xorvatiya müstəqilliyini qazandıqdan sonra- 35 ildir ki, ordunu modernləşdirmək üçün ən böyük layihələrdənbirini həyata keçirir.

"Hazırda biz silahlı qüvvələrimizi modernləşdiririk – bu,Xorvatiyanın müstəqil olmasından bəri həyata keçirilən əngenişmiqyaslı modernləşdirmədir. İki, ən çox üç il içindəmodernləşdirmə tamamlanacaq və bizim tamamilə yenilənmiş silahlıqüvvələrimiz olacaq, gələcəkdə hər hansı bir vəziyyətə hazırvəziyyətdə olacaq", – deyə o bildirib.

Anuşiç, qlobal geopolitikada baş verən dəyişiklikləri, Ukraynadabaş verən münaqişəni, Yaxın Şərqdəki vəziyyəti və NATO və Avropaİttifaqı daxilindəki müzakirələri nəzərə alaraq təhlükəsizlikməsələlərinin xüsusilə aktuallaşdığını vurğulayıb.

"Bu, asan vəziyyət deyil və hər bir ölkə öz gələcəyini, xalqınıdüşünməlidir. Biz məhz bununla məşğul oluruq", – deyə nazir qeydedib.

O etiraf edib ki, keçmişdə Avropa ölkələri müdafiə sahəsinəyetərincə vəsait ayırmırdı, amma indi vəziyyət dəyişir.

"Doğrudan da, Avropa dövlətləri öz müdafiələrinə kifayət qədərvəsait xərcləmirdi. İndi isə Aİ və NATO yanaşmalarını dəyişib vəmüdafiə xərclərini artırır", – deyə Anuşiç bildirib.

O, ABŞ-nin Zaqrebin strateji tərəfdaşı olduğunu əlavə edib:

"Amerika bizim strateji tərəfdaşıdır və bizim çox yaxşıəməkdaşlığımız var".

Bakı və Zaqreb arasındakı qarşılıqlı əlaqənin perspektivləribarədə danışan nazir qeyd edib ki, qlobal sistemin transformasiyasıhər iki ölkə üçün əlavə imkanlar açır.

"Əgər dünya nizamı dəyişirsə, bu, Azərbaycan və Xorvatiya üçünböyük bir fürsətdir. Bu, bizim gələcəyimizi necəformalaşdıracağımızı müəyyən etmək imkanıdır. Bu, sabahdan dahauzağa baxan ölkələr üçün yeni bir şansdır", – deyə nazir bəyanedib.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr