AZ

“Azərbaycanda vergi yükü aşağı deyil” İqtisadçı rəqəmləri açıqladı

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzv ölkələrdə əmək müqaviləsi ilə çalışan məşğul əhali üçün vergi yükü (tax wedge) göstəricisini açıqlayb.

“AzPolitika” bildirir ki, bu göstərici həm işəgötürən, həm də işçinin özünün ödədiyi bütün sığorta haqlarının və gəlir vergisinin ümumi əmək haqqı məbləğinə nisbəti kimi hesablanır.

OECD üzrə orta göstərici 35%-dir. Ən yüksək göstərici Belçikada (53%), ən aşağı göstəricilərdən biri Yeni Zelandiyadadır (21%). Türkiyədə 39%-dir.

Əgər ixtiyari ölkədə differensial vergi dərəcələri tətbiq edilirsə, OECD bu göstəricini hesablayarkən gəlir vergisi üzrə ən aşağı dərəcəni götürür.

İqtisadçı Rövşən Ağayev bildirir ki, Azərbaycanda dövlət və özəl sektor üzrə bu yük fərqlidir və bu gəlir vergisinin differensial olması ilə bağlıdır. Onun sözlərinə görə, 3 sığortanın (sosial, tibbi, işsizlik) birlikdə yükü hər 2 sektorda 30%-dir. Amma gəlir vergisi fərqlənir. Dövlət sektorunda çalışanlar üçün ən aşağı vergi dərəcəsi 14%, özəl sektorda isə 3%-dir.

“Bu vergi və sığorta dərəcələrindən çıxış etdikdə, Azərbaycanda "tax wedge" dövlət sektorunda 44%, özəl sektorda 33% təşkil edir. Hər 2 sektorda təxminən eyni sayda işçi çalışdığı nəzərə alınsa, orta göstərici kimi 2 sektorun ortalamasını götürmək olar ki, bu da 36% ətrafında bir rəqəm edir. Yəni Azərbaycanda muzdlu işçinin vergi yükü heç də aşağı deyil və OECD-nin orta göstəricisndən belə yüksəkdir”, - R.Ağayev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
hurriyyet.az

1Mənbələr