AZ

Bu telekanalın yayımı 24 saatlıq dayandırılır

Fevralın 13-də Audiovizual Şuranın onlayn iclası keçirilib və iclasda ARB telekanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, fevralın 8-də saat 13:38-də yayımlanan reklam materialında endirim və ödəniş şərtlərinin aydın və düzgün şəkildə təqdim olunmadığı müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində “Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulduğu təsdiqlənib. Qeyd olunub ki, sözügedən reklamda əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş və həqiqətə uyğun olmayan formada təqdim edildiyindən, bu reklam qeyri-dəqiq hesab olunur. Qanunun 7.2-ci maddəsinə əsasən isə qeyri-dəqiq reklama yol verilməsi qadağandır.

Audiovizual Şura cari ilin əvvəlindən etibarən ARB telekanalında oxşar pozuntuların bir neçə dəfə baş verməsini və kanala bununla bağlı dəfələrlə xəbərdarlıq göndərildiyini nəzərə alaraq sərt sanksiya tədbiri tətbiq edib. Qərara əsasən, ARB telekanalının yayımı fevralın 24-də saat 08:00-dan etibarən 24 saat müddətinə müvəqqəti dayandırılacaq.

Seçilən
23
10
buta.tv

4Mənbələr