AZ

“Məhəmməd”, yoxsa “Muhammed”? -

Yeni doğulan övladlarına ad qoyulması məsələsi zaman-zaman müzakirə olunur. Belə ki, bəzi valideynlər iddia edirlər ki, 2020-ci ilədək uşaqlara “Muhammed” adının verilməsinə icazə olunmur, yalnız “Məhəmməd” formasında qeydiyyat aparılırdı. Bəs hazırda “Muhammed” adı rəsmi şəkildə qəbul edilir?Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir: “Uşağa “Məhəmməd” və ya “Muhammed” adı valideynlərin seçiminə uyğun olaraq hər iki formada yazıla bilər”. Açıqlamada qeyd edilib ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən uşağın mənafeyinə xələl gətirəcək, habelə cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
69
metbuat.az

1Mənbələr