AZ

Bu məhsulun qiyməti arta bilər

Son vaxtlar dizel yanacağının qiymətinin artırılması daşınma xərclərini yüksəldib. Bu isə buğdanın, unun və çörək istehsalının maya dəyərinə təsir göstərir. Bu amilləri nəzərə alsaq, yaxın aylarda zavod çörəyinin qiymətində artım gözlənilir?İqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, dizelin qiymətinin artması müəyyən sahələrdə daşıma və nəqliyyat xərclərinin yüksəlməsinə səbəb olur: “Əlbəttə, söhbət ciddi bahalaşmadan getmir, lakin müəyyən artımlar müşahidə edilir. Bu artım xüsusilə yay aylarında kənd təsərrüfatı texnikasının istifadəsi və məhsulların daşınması ilə bağlı xərclərə təsir göstərə bilər. Nəticədə bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artım ehtimalı yaranır”. E.kərimlinin sözlərinə görə, bu baxımdan un və un məmulatlarının qiymətlərinə də müəyyən təsirlər mümkündür: “Artıq bəzi çörək məmulatlarında qiymət artımı müşahidə olunur və bu tendensiya digər sahələrə də müəyyən dərəcədə təsir göstərə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
94
metbuat.az

1Mənbələr