AZ

Pensiyaya çıxanların nəzərinə

Azərbaycanda 2026-cı il üçün pensiya kapitalının məbləği məlum olub.

Publika.az bildirir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, bu il pensiyaya çıxmaq üçün lazım olan kapitalın məbləği 46080 manatdır.

Qeyd olunub ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da pensiya təyinatı şəxsin sosial sığorta sisteminə vermiş olduğu paya uyğun həyata keçirilir:

“Pensiya yaşına çatmış şəxsin fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı hər ay minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə (stajının nə qədər olmasından asılı olmayaraq) yaşa görə pensiya hüququ yaranır. Lakin müvafiq məbləğdə pensiya kapitalı olmayan şəxs azı 25 il sığorta stajına malikdirsə, yenə də yaşa görə pensiyası hüququ yaranır”.

Fonddan verilən məlumata görə, müvafiq məbləğdə pensiya kapitalı və azı 25 il sığorta stajı olmayan şəxsin də əgər 01.01.2006-cı ildən 01.01.2018-ci ilədək dövrdə fərdi şəxsi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı və azı 1 il sığorta stajı varsa, bu zaman da ona güzəşt olaraq 24 il sığorta stajı hədiyyə edilməklə, stajı 25 ilə çatdırılır və pensiya hüququ yaranmış olur:

Seçilən
14
4
publika.az

5Mənbələr