AZ

Bölgələrdə ağır qəzalar…VİDEO

Sürət və diqqətsizlik ağır qəzaya səbəb olub...

Xezerxeber.az xəbər verir ki, hadisə Yevlax-Bərdə magistral yolunun Bərdənin Gərənə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı dünyasını dəyişən şəxs 27 yaşlı Elməddin Ocaqverdiyevdir. Xəsarət alanlar - Vasif Musayev və Elçin Əhmədov Bərdə Rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Mingəçevirdə də 2 avtomobil toqquşub, 1 nəfər ölüb.

Yol-nəqliyyat hadisəsi şəhərin energetiklər yaşayış massivində qeydə alınıb. Məlumata görə, mikroavtobus yol kənarında dayanan minik avtomobilinə çırpılıb. Qəza zamanı 64 yaşlı sürücü Elxan Şabanov həyatını itirib. Sürücünün qəfil ürək tutmasından vəfat etdiyi, bu səbəbdən nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq dayanmış avtomobilə çırpıldığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
130
xezerxeber.az

1Mənbələr