AZ

Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər  edilən kimi sülh müqaviləsini imzalaya bilərik – Prezident

Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər  edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

“Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq”, – deyə dövlət başçısı bildirib.

Seçilən
18
11
heftelik.az

10Mənbələr