AZ

Direktor vəzifəsindən azad olundu - YENİ TƏYİNAT


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB evinin direktoru dəyişib.
 
Gender.az xəbər verir ki, bununla bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Zaur Qasımbəyov direktor vəzifəsindən azad edilib.
 
Digər əmrlə, Bakı KOB evinin direktoru vəzifəsinə Yusif Bağırov təyin olunub.

Mənbə: İqtisadiyyat.az

Seçilən
26
9
gender.az

10Mənbələr