AZ

Dövlət sirlərini bilən “Gizli qadın” vəfat etdi

Ağ Evin türk tərcüməçisi, “Gizli qadın” ləqəbli Olcay Kartarı Rəçed vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tərcüməçinin qardaşı, professor Dr. Asker Kartarı açıqlama verib. Yarım əsr ərzində Rəçed iki ölkənin dövlət başçıları arasında strateji körpü rolunu oynayıb. O, Corc Buş dövründən bu günə qədər bütün vacib zirvə görüşlərində iştirak edib. Olcay Kartarı Rəçed onlarla ikitərəfli görüşdə iştirak edib. Məlumata görə, liderlərin sözləri onun sayəsində ünvanına çatıb. Kartarı Rəçed diplomatik dairələrdə “Gizli qadın” kimi tanınıb. O, hər iki ölkənin dövlət sirlərini bilməsi ilə yanaşı, sirr saxlaması ilə də tanınıb.

Ağ Evdən başqa, o, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankının görüşlərində iştirak edib. /metbuat.az/

Seçilən
2
1
nocomment.az

2Mənbələr