AZ

Rüfət Mahmud: “Turan ruhu” kolleksiyasının seçilmiş nümunələri beynəlxalq səviyyədə tanıdılacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Bu gün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Ənənəvi İncəsənət Mərkəzinin yeni kolleksiyası təqdim edilib. “Turan ruhu” adlanan bu kolleksiya Mərkəzin 6-cı kolleksiyasıdır. Kolleksiyada keramika, zinət əşyaları, batika və digər ənənəvi sənət nümunələri yer alır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud səsləndirib.

Onun sözlərinə görə, tədbir çərçivəsində “Dastan” brendinin yenidən istifadəyə verilməsi də təqdim olunub.

“Bu məkan sənətkarlara öz əl işlərini birbaşa ziyarətçilərə təqdim etmək imkanı yaradır və beləliklə, sənəti insanlara daha da yaxınlaşdırır”, – deyə sədr əlavə edib.

R.Mahmud bildirib ki, hazırda Ənənəvi İncəsənət Mərkəzinin strategiyası hazırlanır və bu istiqamətdə geniş perspektivlər mövcuddur. O, “Dastan” brendinin dünya miqyasında tanıdılmasının əsas məqsədlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, “Turan ruhu” kolleksiyası türk dövlətlərində də təqdim olunacaq. Kolleksiyanın seçilmiş nümunələrinin müvafiq ölkələrə göndərilməsi və beynəlxalq səviyyədə tanıdılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
115
1
azertag.az

2Mənbələr