AZ

Gedişi də keçdiyi dərs kimi Tarix oldu+Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bərdədə şagirdlər və məktəb kollektivi məktəbdən ayrılan müəllimi göz yaşları və alqış sədaları ilə yola salıblar.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Alaçadırlı kənd məktəbində 17 ildir tarix müəllimi kimi çalışan Vəsilə Ələkbərova Xankəndiyə köçmək üçün işdən ayrılıb.

Gedişi zamanı şagirdlərlə sevimli müəllimləri arasında təsirli anlar yaşanıb.

Qeyd edək ki, özünə qazandığı rəğbət və gedişi ilə məktəbin tarixinə düşən Vəsilə müəllimə ömrünün düz 31 ilini bu peşəyə sərf edib.

Həmin anda lentə alınmış görüntüləri təqdim edirik:

Bəsti Məmməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
136
2
qafqazinfo.az

3Mənbələr