Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən stasionar rəqəmsal rentgen cihazının satın alınması ilə bağlı elan edilmiş tender ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 430.490,73 AZN təşkil edib.
Tenderin ləğv edilməsinə səbəb kimi isə satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən, yetərsay təmin olunmadığı üçün prosedur dayandırılıb.
Qeyd edək ki, stasionar rəqəmsal rentgen cihazı hospitalın diaqnostik imkanlarının genişləndirilməsi məqsədilə nəzərdə tutulurdu. /32gun.az/