Bakı. Trend:
Kriştiano Ronaldo “Əl-Nəsr”in oyunlarını boykot etməyidayandıracaq.
Trend xəbər verir ki,portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 22-citurunda sabah “Əl-Fateh”lə oyunda iştirak edəcək. Bu barədəinsayder Fabritsio Romano məlumat verib.
Daha əvvəl Ronaldo Səudiyyə çempionatında “Əl-Riyad” və“Əl-İttihaad”a qarşı oyunları, həmçinin Asiya Çempionlar Liqasında“Arkadag”la oyunu buraxmışdı.
Xatırladaq ki, Ronaldo Suveren Fondu (PIF) tərəfindən“Əl-Nəsr”in rəqiblərlə müqayisədə idarə edilməsindən narazıdır vəhesab edir ki, klub çempionluq uğrunda mübarizədə əngəllərləüzləşir. Ronaldo həmçinin Kərim Benzemanın “Əl-Hilal”a keçməsinəqarşı çıxıb, bunu “rəqabətə zərər vurmaq” kimi qiymətləndirib.