AZ

Bu vərdiş smartfonun ömrünü qısaldır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gecə yatarkən telefonu şarja qoşub səhərə qədər cərəyan altında saxlamaq bir çoxumuz üçün gündəlik vərdişə çevrilsə də, bu sadə hərəkət əslində cihazın ömrünü səssizcə bitirir. Müasir smartfonlarda istifadə olunan batareyalar 100 faiz dolu vəziyyətdə saatlarla qalmağı sevmir. Cihaz tam dolduqdan sonra enerji mənbəyindən ayrılmadıqda, batareya itirdiyi hər bir faizi bərpa etmək üçün davamlı gərginlik altında qalır ki, bu da kimyəvi aşınmanı sürətləndirən əsas amildir.Demokrat.az xəbər verir ki, mütəxəssislər smartfonların batareya ömrünü qorumaq üçün qızıl qaydanın 20-80 faiz aralığı olduğunu bildirirlər. Telefonun enerjisinin tam sıfıra düşməsini gözləmək və ya onu hər dəfə sona qədər doldurmaq hüceyrələrə əlavə yük yaradır. Xüsusilə şarj zamanı cihazın qızması batareyanın daxili strukturuna ciddi ziyan vurur. Telefonu yastıq altında, yorğan üzərində və ya qalın qabların içində enerjiyə qoymaq istiliyin içəridə həbs olunmasına və "termal stresə" yol açır.Daha uzunömürlü batareya üçün şarj prosesində telefonu sərt və hava alan səthdə saxlamaq ən effektiv üsullardan biridir. Orijinal olmayan, ucuz kabellər isə qeyri-sabit cərəyan ötürərək cihazın ömrünü yarıbayarı azaldır. Eyni zamanda, telefon enerji mənbəyinə qoşulu olduğu müddətdə ağır oyunlar oynamaq və ya tətbiqlər işlətmək batareyanı ikiqat yükləyir. Yeni nəsil telefonlardakı adaptiv şarj funksiyalarını aktivləşdirmək və cihazın dolum səviyyəsi 100 faizə çatan kimi şnuru ayırmaq batareyanı illərlə sağlam saxlamağa kömək edir.Kənan

Demokrat.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
demokrat.az

1Mənbələr