Bizim mesajlarımız həmişə olduğu kimi açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq.
"Həmişə olduğu kimi bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, bu tədbirdə mən artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə ki, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi açıqdır, aydındır. Əməkdaşlıq, sülh, tərəfdaşlıq", - Azərbaycan Prezidenti deyib.