ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün ən yaxşı nəticə olacağını bildirib.
Bu barədə “Reuters“ məlumat yayıb.
"Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı", - Tramp bildirib.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub.
Tramp görüşdən sonra danışıqların yaxşı keçdiyini və davam edəcəyini qeyd edib.
APA
Tarix: 14 Fevral 2026, 08:30