AZ

Qar Azərbaycanda 500 min manatlıq sığorta zərərinə səbəb oldu - AÇIQLAMA (ÖZƏL)

Bakı.Trend:

10-11 fevral 2026-cı il tarixlərdə ölkə ərazisində qarlı-şaxtalıhava şəraiti müşahidə olunub. Qeyd olunan tarixlərdə paytaxt Bakıda daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlifsəpkili sığorta hadisələri qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanSığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, 10-11 fevral 2026-cı il tarixlərdə baş vermişsığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinəümumilikdə 642 sığortalı müraciəti daxil olub.

"Bu müraciətlərin 563-ü “Avtonəqliyyat vasitəsi sahiblərininmülki məsuliyyətinin icbari sığortası” növü, 76-sı “Kasko” sığortanövü, 1-i “Daşınmaz əmlakın icbari sığortası” növü, 1-i isə“Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə başvermiş sığorta hadisələri ilə bağlı olub. Qiymətləndirilmiş 350sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 292 min 710manat həcmində müəyyənləşdirilib. Qalan 461 hadisə üzrə isə zərərqiymətləndirməsi prosesi davam edir".

Assosiasiyadan qeyd edilib ki, hazırda daxil olmuş bütünmüraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsimərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrəsığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

"Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdansonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi ehtimaledilir. Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığortaşirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-ipaytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində(xüsusilə Şimal bölgəsində) qeydə alınıb", - deyə əlavə edilib.

Seçilən
140
12
az.trend.az

10Mənbələr