Mərdəkan şosesi, məhdudiyyətin tətbiq edildiyi Hava limanı körpüsünə çatmamış olan hissədə sürət həddi 20 km/ saat endirilib.
Bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı məlumat-sürət tablosunda dəyişiklik edilib. Sürücülərdən xahiş olunur ki, qeyd edilən sürət həddinə əməl etsinlər.
Qeyd edək ki, Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.
"Cebheinfo.az"