AZ

"İranda hakimiyyət dəyişikliyi indiki vəziyyət üçün ən yaxşı seçim olardı" -Tramp

ABŞ Prezidenti Donald Trampın fikrincə, İranda hakimiyyət dəyişikliyi indiki vəziyyət üçün ən yaxşı seçim olardı.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbətində bildirib.

"Yəqin ki, bu ən yaxşı çıxış yolu olardı. 47 il ərzində onlardan yalnız danışıqlar eşidilir. Bu müddət ərzində, onlar danışarkən, biz əhəmiyyətli insan itkisinə məruz qaldıq. Bu vəziyyət artıq çox uzun müddətdir davam edir, ona görə də görək, hadisələr bundan sonra necə inkişaf edəcək", - deyə ABŞ lideri bildirib.

Bundan əlavə, Tramp Yaxın Şərq bölgəsinə daha bir aviadaşıyıcı zərbə qrupunun göndərilməsi qərarını açıqlayıb.

Tehranın ABŞ-nin hücumunun qarşısını almaq üçün hansı addımları atmalı olduğu sualına prezident belə cavab verib:

"Əgər onlar bizə düzgün razılaşma təklif etsələr, hücum etməyəcəyik. Lakin tarix göstərir ki, İran belə addım atmayıb. Mən deyərdim ki, onların danışıqlar aparmaq istəyi var, amma onlar çox danışır və heç nə etmirlər".

Seçilən
38
1
redaktor.az

2Mənbələr