AZ

Juninyo Meksikada qolları sıralayır Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Meksikanın “Pumas” klubunda çıxış edən Olavio Juninyo qolları sıralamaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, yanvarda “Flamenqo”dan Meksika klubuna keçən forvard 7 oyuna 3 qol vurub.

O, ötən gün “Puebla” ilə keçirilən ölkə çempionatının 6-cı turunun matçında komandası üçün vacib qola imza atıb. Matçın 88-ci dəqiqəsində fərqlənən forvard qələbə qolunun müəllifi olub.

Juninyonun komandası 12 xalla 2-ci pillədə qərarlaşır.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
3
qafqazinfo.az

4Mənbələr