AZ

“Zelenski hərəkət etməlidir” Tramp yenə Kiyevə təzyiq edir

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Ukraynaya təzyiq bəyanatı ilə çıxış edib.

“AzPolitika” xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Tramp Moskvanın sülh sazişi axtardığını, Ukraynanın isə müharibəyə son qoymaq şansını qorumaq üçün "hərəkətə keçməli” olduğunu bəyan edib.

"Rusiya sövdələşmə bağlamaq istəyir və Zelenski hərəkətə keçməlidir. Əks təqdirdə, o, əla fürsəti əldən verəcək. O hərəkətə keçməlidir ", - deyə Tramp jurnalistlərə bildirib.

Bundan əvvəl Ukrayna və Qərb rəsmiləri “Financial Times”(FT) qəzetinə bildiriblər ki, Kiyev 2026-cı ilin yazında prezident seçkiləri və Rusiya ilə sülh sazişi üzrə referendum keçirməyə hazırlaşır. Onlar Zelenskinin bunu rəsmi olaraq 24 fevralda - Rusiya təcavüzünün başlamasının dördüncü ildönümündə elan edə biləcəyini bildiriblər.

FT mənbələrinə görə, bundan əvvəl Tramp administrasiyası Ukraynadan hər iki səsvermənin 15 maya qədər keçirilməsini və Rusiya ilə yaya qədər sülh danışıqlarının başa çatdırılmasını tələb etmişdi.

Zelenskinin özü daha sonra qəzetin xəbərlərini təkzib edib. 

"Mən seçkilər barədə dəfələrlə danışmışam. Biz bütün lazımi təhlükəsizlik zəmanətləri mövcud olduqda seçkiləri keçirə bilərik", - deyə Prezident jurnalistlərə bildirib. 

O deyib ki, seçki məsələsi tez-tez Kiyevin özü deyil, Ukraynanın müttəfiqləri tərəfindən qaldırılır. Zelenski səsvermənin keçirilməsi üçün təhlükəsizliyin əsas şərt olaraq qaldığını vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynada sülh danışıqlarının növbəti mərhələsinin 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcəyini açıqlayıb. Əbu-Dabidə rusiyalı qrupa rəhbərlik edən admiral İqor Kostyukovun yerinə bu dəfə Rusiya nümayəndə heyətinə yenidən "sərt xətt" tərəfdarı və qeyri-ciddi fiqur hesab edilən Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
hurriyyet.az

1Mənbələr