AZ

Deputat: "Kimlərsə, bunda özü üçün mesaj axtarırsa, getsin axtarsın"

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Publika.az müsahibəni oxuculara təqdim edir:

- Rasim müəllim, ABŞ-nin vitse-prezidentinin bölgəyə səfəri regional və qlobal miqyasda nəyi ifadə etdi? Ağ ev rəsmisinin bölgəyə gəlişinə reaksiyalar necə oldu?

- Əslində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfərindən kimlərinsə narahat olması üçün heç bir əsas yoxdur. Hətta Rusiyanın belə bu narahatlığı rəsmi səviyyədə bildirməsi üçün əsaslara malik deyil. Təbii ki, narahatdırlar, susurlar və bu onların xoşuna gəlmir. Azərbaycan isə bu baxımdan Rusiya qarşısında hesabat verən və onunla kimin gəlib-getdiyini razılaşdıran tərəf deyil. Vensdən öncə Dik Çeyni (2008-ci ildə Corc Buş administrasiyasının vitse-prezidenti - red.) Azərbaycanda səfərdə olub. 2012-ci ildə ABŞ-nni sabiq dövlət katibi Hillari Klinton Сənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlmişdi. Bu isə normal bir haldır.

- ABŞ-nin Cənubi Qafqazla bağlı strategiyası nədən ibadətdir?

Seçilən
6
28
publika.az

10Mənbələr