AZ

FİFA İspaniya klubunu cəzalandırdı

“Atletik” gözlənilən cəzanı alıb.

"Football-plus.az" xəbər verir ki, FİFA İspaniya klubuna transfer qadağası tətbiq edib.

Qərara əsasən, La Liqa təmsilçisi 2028-ci ilin yanvar ayına qədər yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək. Sanksiya klubun FİFA-nın normativ tələblərini pozması ilə əlaqədardı. Transfer qadağası qüvvədə olduğu müddətdə “Atletik” həm yerli, həm də beynəlxalq keçidləri rəsmiləşdirə bilməyəcək.

Hazırda Bilbao təmsilçisi İspaniya çempionatında 23 turdan sonra 28 xalla 10-cu yeri tutur.

Seçilən
38
4
football-plus.az

5Mənbələr