AZ

U17 milli güləş çempionatı başa çatıb

“MyGroup” Holdingin baş sponsorluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı başa çatıb.

Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü və beşinci günündə sərbəst güləşdə 45, 51, 60, 71, 92, 48, 55, 65, 80 və 110 kiloqramda qaliblər müəyyənləşib.

45 kiloqram çəkidə Tunar Həsənov (Gəncə, AHİTA), 51 kiloqram çəkidə İbrahim Həsənov (Gəncə, “Mywrestling”), 60 kiloqram çəkidə Vahid Məmmədov (Mywrestling), 71 kiloqram çəkidə Tunar Quliyev (Gəncə, “Neftçi”), 92 kiloqram çəkidə Elgün Kərimli (Lənkəran), 48 kiloqram çəkidə Hüseyn Rzazadə (Cəlilabad, Mywrestling), 55 kiloqram çəkidə Abbas Şəfiyev (Lənkəran), 65 kiloqram çəkidə Rəşid Nazarov (ROİL,”Neftçi”), 80 kiloqram çəkidə Nihad Süleymanlı (“Neftçi”,Təhsil), 110 kiloqram çəkidə isə Hakim Tağıyev (ROİL, “Neftçi”) ölkə çempionu tituluna yiyələniblər.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
13
1
xalqqazeti.az

10Mənbələr