AZ

Vens İlham Əliyevdən Bakıdakı separatçıların azadlığa buraxılmasını xahiş edib? – PREZİDENT ÖZÜ AÇIQLADI

Prezident İlham Əliyev “France 24” telekanalına geniş müsahibə verib.

Gununsesi.info xəbər verir ki, ölkə başçısı ABŞ Vitse-prezidenti Cey.Di.Vensin səfəri zamanı Ermənistan vətəndaşları barəsində oxunan hökmdən sonra onlar haqda əfv ricası edib etmədiyinə dair suala belə cavab verib:

“Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik.

Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər.

Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”.

Seçilən
14
3
editor.az

10Mənbələr