AZ

Ceffri Epşteyn işində onların da adı var imiş VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

2025-ci ildə vəfat edən insan haqqları müdafiəçisi Virciniya Cuffre adlı qadının ölümündən sonra yayılan səs yazısı sosial mediada gündəm olub.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, həmin yazıda Ceffri Epşteyn haqqında bir sıra faktlar qeyd olunub.

“Bunu izləyirsinizsə, deməli mən artıq həyatda yoxam. Bu günün gələcəyini bildiyim üçün sistemi əvvəlcədən planlaşdırmışam. Qəza nəticəsində ölməmişəm. Susmağımı tələb etdikləri üçün öldürülmüşəm. Cefri Epişteynin çirkin əməllərini görənlərdən biriyəm. Adadan sağ çıxmağı bacarmışam, amma cəzaları çox ağır olub. Məni öldürüb sirlərimi aradan qaldıracaqlarını düşünürdülər. O vaxt adada təmizlik işləri görürdüm, atam da tenis meydançasının təmizliyinə baxırdı. Biz dolanmağa çalışan sadə insanlar idik. Tramp hərdən adaya gəlib-gedirdi, amma əsas təhlükə o deyildi”.

Barak Obama

Virciniya Cuffre bu işdə əsas iştirak edənlərdən birinin ABŞ-ın keçmiş Prezidenti Barak Obama olduğunu deyib:

“Bura çöldən cənnət kimi görünən bir cəhənnəm idi. Bu işdə əsas rolu olanlarda biri ABŞ-ın keçmiş Prezidenti Barak Obamadır. Pərdə arxasında ən pis insanlardan biri idi. Adaya qızlar üçün yox, oğlan uşaqlarına görə gəlirdi. İkinci bir şəxs isə Bill Qeyts idi. O isə adaya əyləncəyə yox, genetika və insanlarla bağlı sınaqlar üçün gəlirdi. Bir dəfə gənc bir qıza genetik yaxşılaşdırma adı ilə iynə vurduqlarını gördüm. Yeni insan modeli yaratmaq haqqında danışırdılar. Özlərini Allah hesab edirdilər.

Bunu da dəqiq bilirəm ki, Ceffri Epşteyn ölməyib. Əlində dünyanın ən güclü adları ilə bağlı şantaj videoları var idi. Onu gizlədiblər. Məni də susdurub hər şeyi aradan qaldırmağa çalışırdılar”.

Qeyd edək ki, Ceffri Epşteyn (Jeffrey Epstein) (1953-2019), amerikalı maliyyəçi və azyaşlıların cinsi istismarı üzrə məhkum edilmiş şəxsdir. O, yüksək səviyyəli siyasi və elita dairələri ilə əlaqələri, həmçinin yaratdığı cinsi istismar şəbəkəsi ilə dünya gündəminə gəlib. Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında intihar edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
4
globalinfo.az

5Mənbələr