AZ

Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblərmiş…


ABŞ Müdafiə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Flores Maduronu ələ keçirmək üçün əməliyyat zamanı süni intellekt modelindən istifadə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu əməliyyat üçün “Anthropic” şirkətinin “Claude” süni intellekt modelindən istifadə edib.
Süni intellekt modelindən əsasən əməliyyatın təşkili ilə bağlı məlumatların hazırlanmasında istifadə olunub.
Həmçinin, ABŞ ordusu “Claude”dan təkcə Venesuela prezidentinin və həyat yoldaşının ələ keçirilməsində deyil, o cümlədən Karakasdakı bir neçə hədəfin bombalanmasında da istifadə edib.
Seçilən
18
yeniavaz.com

1Mənbələr