AZ

Biləsuvarda transformatorda baş verən qəza aradan qaldırılıb - YENİLƏNİB

Biləsuvarda transformatorda baş verən qəza aradan qaldırılıb.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən məlumat verilib.

Qeyd edilib ki, Biləsuvar şəhərində 10 kV-luq xəttdə baş verən qəza artıq aradan qaldırılıb.

Ərazidə elektrik enerjisinin verilişi bərpa olunub.

Biləsuvar şəhərində transformatorda partlayış olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub.

Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.

Seçilən
50
far.az

1Mənbələr